Avropa Liqasının I təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq “Universitatya Krayova” səs-küylü transferə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda keçmiş oyunçusu Andrey İvanı yenidən heyətinə qaytarmaq istəyir.
2017-ci ildə “Krasnodar”a keçən, amma Rusiya karyerası uğursuz olan hücumçu son mövsümü icarə əsasında Vyana “Rapid”ində keçirib.
Burda keçirdiyi 40 oyunda 3 qola imza atan futbolçu hazırda Rumıniya U-21 millisi ilə Avropa çempionatında çıxış edir.
2 il əvvəl 3 milyon avroya “Krasnodar”a satdığı keçmiş oyunçusunu yenidən heyətə cəlb etmək istəyən “Universitatya Krayova” bunun üçün 750 min avronu gözdən çıxarıb.

