"Səbail"in Bakıda Rumıniyanın "Krayova" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv iyulun 11-də rəqibini "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcək.
UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib.
Cavab görüşü iyulun 18-də Yon Oblemenko stadionunda keçiriləcək.

