"Qəbələ", "Neftçi", "Səbail"in II mərhələdəki potensial rəqibləri

19 İyun 2019 16:24 Avropa Liqası 561
"Qəbələ", "Neftçi", "Səbail"in II mərhələdəki potensial rəqibləri

Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

püşkatma mərasimində "Liqa yolu" ilə mübarizə aparan Azərbaycan təmsilçiləri də potensial rəqiblərini tanıyıb.

II raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi "Qəbələ" birbaşa II mərhələdən yarışa qoşulacaqsa, Premyer Liqanın gümüş və bürünc mükafatçıları "Neftçi" ilə "Səbail" I raunddakı rəqibi üstələməlidilər.

Belə olarsa, təmsilçilərimizin potensial rəqibləri aşağıdakı kimi olacaq...

“Qəbələ” (Azərbaycan) - "Dinamo" (Gürcüstan) - “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi

“Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan)/"Sperantsa" (Moldova)

"Honved" (Macarıstan)/“Jalgiris” (Litva) - “Səbail” (Azərbaycan)/"Universitatya Krayova" (Rumıniya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti