"Qarabağ" Avroliqaya düşsə, ya "Şerif"ə, ya "Saburtalo"ya rəqib olacaq

19 İyun 2019 14:48 Avropa Liqası 494
"Qarabağ" Avroliqaya düşsə,  ya "Şerif"ə, ya "Saburtalo"ya rəqib olacaq

Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılır.

İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların bu turnirdəki potensial rəqibi bilinib.

Çempionlar yolunda çıxış edən Azərbaycan çempionu "Qarabağ" Albaniya klubu "Partizani" səddinə ilişsə, Avropa Liqasına yollanacaq.

Bu təqdirdə, Ağdam təmsilçisi "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubuna rəqib olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti