"Neftçi" gəlir deyə... Dəyişdi

19 İyun 2019 12:24 Avropa Liqası 775
"Neftçi" gəlir deyə... Dəyişdi

Moldova klubu "Sperantsa" Avropa Liqasının I təsnifat mərhələsinin ​"Neftçi" ilə ilk oyununun stadionunu dəyişib.

Sportinfo.az xəbər verir ki, komanda təmsilçimizi "Zimbru"nun stadionunda qəbul edəcək.

Nisporeni klubu iyulun 11-dəki qarşılaşma üçün Orqeyevdəki idman kompleksini sifariş etmişdi.

Ancaq Moldovanın avrokubokdakı digər təmsilçisi "Petrokub" ilk görüşünü səfərdə keçirəcəyindən, "Sperantsa" da Kişinyovdakı stadionda oynamaq qərarına gəlib.

Bu komandalar arsında cavab matçı iyulun 18-də "Bakcell Arena"da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti