"Azərbaycan klubu ilə düşməyəcəyimiz üçün məmnunam"

19 İyun 2019 11:48 Avropa Liqası 799
"Azərbaycan klubu ilə düşməyəcəyimiz üçün məmnunam"

"Belə böyük turnirlərdə psixoloji hazırlıq çox vacibdi.

Bizə düşən potensial rəqiblərin ürəyimizcə olmadığını demək ədalətsizlik olardı".

Sportinfo.az xəbər verir ki, bunu "Riterai"nin direktoru Virmantas Lemezis deyib.

Avropa Liqasında mübarizə aparacaq Litva klubunun çalışdırıcısı I təsnifat mərhələsindəki rrəqibləri dəyərləndirıb. Lemezis Azərbaycan klubları ilə qarşılaşmamalarına sevinir:

"Azərbaycan və Qazaxıstan klubu ilə düşməyəcəyimiz üçün məmnunam. Eyni zamanda balkan ölkələrinə və Farer adalarına da uçmaq istəmirik.

Ümumilkdə gənc kollektivimizin Avropada müntəzəm oynaması daha asan olacaq.

Kim olursa-olsun, ilk növbədə təzyiqdən qurtulmalı və özünüzü məğlub etməlisiz. Əgər bunu bacarsanız, mübarizə sizin üçün daha asan keçər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti