“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, startda Moldovadan “Speranta” ilə üz-üzə gələcək paytaxt təmsilçisinin yarımmüdafiəçisi qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:
"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdu.
Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq.
Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

