Avropa Liqasının Bakı finalından PUL QAZANANLAR

19 İyun 2019 08:36 Avropa Liqası 708
Avropa Liqasının Bakı finalından PUL QAZANANLAR

"Bu il Avropa Liqasının finalı ilə bağlı Azərbaycana xarici ölkələrdən çoxlu sayda qonaqlar gəlib və bununla əlaqədar 23-30 may tarixlərində “Milli Kart” prosessinq sistemi vasitəsi ilə aparılan əməliyyatların həcmi 8 mln manatdan çox olub.

Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4 mln manat, yaxud 2 dəfə çoxdu”.

Sportinfo.az xəbər verir ki, bu, “Milli Kart” MMC-dən bildirilib.

Məlumata görə, qeyd edilən dövr ərzində əməliyyatların sayında da 30%-lik artım qeydə alınıb: “Əgər ötən il əməliyyatların sayı 200 min idisə, bu il 30% civarında artaraq 300 minə yaxınlaşıb”.

POS-terminallar vasitəsi ilə aparılan əməliyyatların, təxminən, 95%-i milli valyutada olub.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5 bank və "Azərpoct" kart əməliyyatlarını “Milli Kart” prosessinq mərkəzi vasitə ilə həyata keçirir.

Azərbaycanda olan digər prosessinq mərkəzi – “Azeri Card” MMC isə məlumatlarını hələ ki, açıqlamayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti