Azərbaycanı Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək “Neftçi” və “Səbail”in potensial rəqiblərinin sayı 5-ə enib.
Sportinfo.az xəbər verir ki, retinqinə görə digər rəqiblərindən fərqlənən və səpələnmişlər sırasında yer alan “Neftçi” “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və “Zeta” (Monteneqro) klublarından biri ilə qarşılaşacaq.
“Səbail”ə isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova), “Narva Trans” (Estoniya) komandalarından biri rəqib olacaq.
Azərbaycanın daha bir təmsilçisi “Qəbələ” isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

