"Beşiktaş"ın prezidenti Azərbaycan klublarına söz atdı

12 İyun 2019 00:20 Avropa Liqası 1 088
"Beşiktaş"ın prezidenti Azərbaycan klublarına söz atdı

"Beşiktaş"ın prezidenti Fikrət Orman maraqlı açıqlama ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, yeni baş məşqçi Abdullah Avcının təqdimat mərasimində fikirlərini bölüşən Orman həmkarlarını tənqid edib.

"Ağ-qaralar"ın rəhbəri Superliqa klublarının digər prezidentlərinə mesaj göndərib. O, gələn mövsümdən həmkarlarının hakimlərə təzyiq göstərəcəyi təqdirdə, "Beşiktaş"ın da bu addımı atacağını vurğulayıb.

Orman eyni zamanda Türkiyə futbolunu dirçəltmək üçün birgə hərəkətin vacib olduğunu deyib:

"Prezident olduğum gündən bəri həm "Beşiktaş"ın, həm də Türkiyə futbolunun marka dəyərlərinə yatırım etməyə çalışdım.

Prezidentlərin, rəhbərlərin yeganə vəzifəsi nəyin bahasına olursa-olsun, öz komandalarının uğur qazanması deyil.

Türkiyə futbolunu yüksəltmək hamımızın borcudu. 2024-cü ildən etibarən Çempionlar Liqası 1, Çempionlar Liqası 2 və Çempionlar Liqası 3 kimi turnirlərin təşkili məsələsi gündəmdədi.

Superliqanın səviyyəsini yüksəltmədiyimiz müddətdə Çempionlar Liqasında Moldova, Azərbaycan, Andorra kimi ölkələrin klubları ilə qarşılaşmaqla kifayətlənəcəyik. Tək "Beşiktaş"la bunu düzəltmək mümkün deyil".

"Beşiktaş" növbəti mövsüm Avropa Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti