Azərbaycan naziri: "Avroliqa finalını ən yüksək səviyyədə keçirdik"

7 İyun 2019 14:00 Avropa Liqası 416
Azərbaycan naziri: "Avroliqa finalını ən yüksək səviyyədə keçirdik"

"Azərbaycan böyük futbol ölkəsinə çevrilib.

Avropa Liqasının final matçını ən yüksək səviyyədə keçirdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Bakıda "Arsenal" və "Çelsi" arasında keçirilmiş Avropa Liqası barədə danışarkən deyib.

Nazir final oyunun bütün qonaqlar və azarkeşlər üçün böyük bayrama çevrildiyini bildirib: "Ən yüksək təşkilati işlər görüldü.

Bütün qonaqlar ölkələrinə tam razı qayıtdılar. İnanırıq ki, onlar tezliklə yenidən Bakıya dost, turist kimi gələcəklər" - deyə nazir əlavə edib.

Avropa Liqasının finalında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti