Bakıda keçirilən final maçında bir fanat oyuna gəlmişdi ki, bu fanat digər fanatlardan fərqli idi.
Öz qəhrəmanına həsr etdiyi kiçik şeiri vermək üçün icazəsiz filansız bir başa oyun meydanına atıldı.
Hansı ki, bu oyuna KİV nümayəndələri akreditasiyasız, tamaşaçılar isə biletsiz girə bilmir. Şairdə fərasətə bax.
Oyuna qəflət gəlməyi bəs deyil hələ oyun sonrası mətbuat konfransında iştirak edən şair, imkan tapıb "Arsenal" - "Çelsi" oyununa həsr etdiyi şeri təqdim edib və hətta buna görə böyük bir “Bravo” da hədiyyə alıb.
Sportinfo.az xəbər verir ki, Ramiq Muxtar türkçü olduğundan Arsenalın yeganə türk əsilli oyunçusu Məsut Özilə xüsusi rəğbəti var.
Bəli "Arsenalı"n 10 nömrəli oyunçusu. Fanat deyirəm e, sizə....
Ancaq şair, gərək Özili bağışlayasan, O sənin şeirinə layiq oyun göstərə bilmədi.
Sizə isə halaldı. Bu ixtiyar yaşda formadasız. Elə futbolçular kimi.

