“Bəzi dairələr tərəfindən ortaya atılan iddialar alt-üst oldu”

5 İyun 2019 18:12 Avropa Liqası 612
“Bəzi dairələr tərəfindən ortaya atılan iddialar alt-üst oldu”

“Mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə - Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi.

İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi.

Bakı Olimpiya Stadionu bu göstərici üzrə Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu”.

Sportinfo.az xəbər verir ki, bunu deputat Sona Əliyeva deyib.

Onun sözlərinə görə, final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən, bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi:

“Azərbaycanın belə mötəbər tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkə olması növbəti dəfə sübuta yetirildi.

Eyni zamanda, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.

Bütövlükdə, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu.

Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi.

Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər.

Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurla təşkilatçılığından, final matçının yüksık səviyyədə həyata keçirilməsindən yazılır, danışılır.

Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar.

Yeri gəlmişkən, iyunun 1-də Çempionlar Liqasının final oyununun keçirildiyi Madriddə yaşanan problemlər bir daha reallıqları ortaya qoydu.

Bütün bunlar təsdiqləyir ki, Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən təhlükəsiz şəhərlərdən biridir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti