
* Final oyununa öncədən bilet almış Almaniyanın Frankfurt “Ayntraxt”ının 300 azarkeşi xeyirxah aksiya keçirirək, klubları həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməyərək, həmin biletləri “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”nə hədiyyə ediblər.
* Turnirin kuboku martın 9-da Cenevrədən səyahətə başlayaraq, martın 22-23-də Sevilyada, 29-30-da Berlində, aprelin 5-6-da Londonda, 12-də Milanda, 20-də Moskvada, mayın 10-da Parisdə nümmayş olunaraq, mayın 19-da Gəncəyə gətirilib. Mayın 21-də Cocuq Mərcanlıda nümayiş olunaraq Bakıya gətirilib.
* “Çelsi” ikinci dəfə Avropa liqasının qalibi olub (ilk dəfə 2013-cü ildə).
* “Arsenal” ikinci dəfə Avropa liqasının finalında məğlub olub (ilk dəfə 2000-ci ildə).
* Eden Azar final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.
* Oliviye Jiru Avropa liqasının başa çatmış mövsümünün ən məhsuldar futbolçusu olub - 11 qol.
* Peşəkar karyerasında 851-ci dəfə meydana çıxan qapıçı Petr Çex final görüşündən sonra futbolçuluqla vidalaşıb (avrokuboklarda 140 oyun keçirib, 59 matçda qol buraxmayıb) və gələn ildən «Çelsi»də idman direktoru vəzifəsində çalışacaq.
* Avropa liqası tarixində ilk dəfə VAR sistemi tətbiq edilib.
* Avropa liqası tarixində ilk dəfə qalib növbəti mövsümdə Çempionlar liqasına vəsiqə gldə edib («Çelsi» bu hüququ İngiltərə Premyer liqasında 3-cü yeri tutaraq almışdı).
* Avropa liqası tarixində ilk dəfə əlavə vaxt olacağı təqdirdə 4-cü əvəzetməyə icazə veriləcəkdi. Lakin oyun əsas vaxtda başa çatıb.
* Tarixdə ilk dəfə Avropa və Çempionlar liqalarının final oyunları eyni həftə ərzində keçirilib.
* Maurisio Sarri 30 illik məşqçilik karyerasında ilk titulunu qazanıb. Buna qədər o, İtlaiyada gümüş mükafatçı, İngiltərədə kubok finalçısı olub.
* Maurisio Sarri Avropa liqasınla qalib gələn ən yaşlı məşqçidir - 60 yaş 139 gün.
* Ünay Emeri Avropa liqasında məşqçi vəzifəsində 73-cü oyununu keçirərək, rekorduna bir oyun da əlavə edib. Ən yaxın izləyicisi Jorj Jezuşdur – 52 oyun.
* "Çelsi" 17 matçlıq məlubiyyətsizlik seriyası ilə Avropa liqasının rekordunu müəyyən edib. Klub bu yarışda sonuncu dəfə 2013-cü ilin aprelində uduzub.
BATI YAR

