"Arsenal"in futbolçusu Stefan Lixtştayner komandadan ayrıldığını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi şəxsi "İnstagram" hesabından paylaşım edib.
İsveçrəli Bakıdakı Avropa Liqasını qazana bilmədikləri üçün məyus olduğunu bildirib.
Lixtştayner deyib ki, məqsədləri London təmsilçisini ən yüksək beynəlxalq səviyyəyə qaytarmaq və kubok qazanmaq olub.
"Əminəm ki, komanda növbəti mövsüm missiyanı başa vuracaq. Bu klubun bir hissəsi olmaqdan məmnun oldum".
Stefan Lixtştayner 2018-2019 mövsümünün əvvəlində "Yuventus"dan "Arsenal"a keçib. "Topçular" Avropa Liqasının Bakıdakı finalında Londonun digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub.
O isə bu görüşdə forma geyinməyib, sonadək ehtiyatda qalıb. İsveçrəli matçdan sonra keçirilən mükafatlandırma mərasimi zamanı bir hərəkətiylə diqqətləri özünə çəkib.
Belə ki, onlara əl çalan rəqib futbolçulara sərt təpki göstərib.

