UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununa stadiondan baxan azarkeşlərin dəqiq sayını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, “Çelsi” – “Arsenal” qarşılaşmasını Bakı Olimpiya Stadionuna 51370 nəfər tamaşaçı yerində izləyib.
Bu, son 10 ildə Avroliqa finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidi.
İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən “Marsel” – “Atletiko” (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə baş tutan “Atletiko” – “Atletik” (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.
UEFA sözügedən final matçı üçün satışa 63 min bilet çıxartmışdı.
Bu turnirin azarkeş rekordu 20-ci əsrə təsadüf edir. 1999-cu ildə Moskvada baş tutan "Parma" - "Latsio" oyununda azarkeş rekordu qeydə alınıb (62 min).

