"Qarabağ" erməniyə söz atdı

1 İyun 2019 13:12 Avropa Liqası 679
"Qarabağ" erməniyə söz atdı

Sportinfo.az xəbər verir ki, "Qarabağ" "Çelsi"ni Avropa Liqasının qalibi olması münasibəti ilə təbrik edib.

Ağdam klubu rəsmi feysbuk səhifəsi vasitəsilə Azərbaycan və ingilis dillərində yayımladığı təbrik mesajında "Bakıya gəl(məy)ən" ifadəsi ilə, təhlükəsizlik məsələlərini bəhanə edərək, paytaxtımıza gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryana da söz atıb:

"Bakıya gəl(məy)ən və kubokla qayıdan "Çelsi'nin bütün futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir".

"Çelsi" Bakı Olimpiya Stadionunda keçirilən finalda "Arsenal"a 4:1 hesabı ilə qalib gələrək, titula sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"