"Mövsümün ən güclüsü idik"

1 İyun 2019 09:24 Avropa Liqası 490
"Mövsümün ən güclüsü idik"

"Birinci hissədə açıq futbol getdi, "Arsenal"ın yaxşı qol imkanları oldu".

bunu "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges deyib.

İspaniyalı futbolçu Bakı Olimpiya Stadionunda Avropa Liqasının "Arsenal"a qarşı keçirilən final görüşünü dəyərləndirib.

Komandasının qələbəsinə qolla töhfə verən ulduz futbolçu sevincini gizlətməyib: "İkinci hissəyə biz yaxşı başladıq, xətlər arasında əlaqə daha möhkəm oldu.

Bu, inanılmazdı - yenə avrokubokun finalında qol vurdum. Bu günün ən yaxşısı komanda işi oldu.

Yenə titul qazandıq, çox xoşbəxtəm. Düşünürəm ki, buna layiq idik. Çünki bu mövsüm Avropa Liqasının ən güclüsü idik.

Mövsümü titulla başa vurmaq idealdı. Eden Azarın da kubok qazanmasına sevindim".

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"