“Ermənistanın böyük qısqanclıqla izlədiyi final oyunu...” - XİN

31 May 2019 15:00 Avropa Liqası 552
“Ermənistanın böyük qısqanclıqla izlədiyi final oyunu...” - XİN

Sportinfo.az xəbər verir ki, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın "Arsenal "ın oyunçusu Henrix Mxitaryanla telefon söhbəti edərək, onun Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulamasına münasibət bildirib.

XİN sözçüsü bildirib ki, Ermənistan Baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi görünür onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir:

"Ermənistan kimi monoetnik dövlətin və qonşu Azərbaycanın ərazilərini güc tətbiq etməklə işğal edərək bu ərazilərdə zorakı etnik təmizləmə həyata keçirən, Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin iqrçilikdən danışmağa heç bir haqqı yoxdur.

Bu hər hansı əxlaqa sığmır. Ermənistan baş nazirinə xatırladırıq ki, torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altında olmasına rəğmən Azərbaycanda bu gün on minlərlə erməni yaşayır və ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri hər zaman sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar və yaşayırlar.

Onu da qeyd edim ki, Ermənistanın böyük qısqanclıqla izlədiyi və hər vəchlə əsassız şəkildə gündəmə gətirdiyi Avropa Liqasının Bakıdakı final oyunu zamanı Azərbaycana səfər edən çoxsaylı əcnəbi pərəstişkarlar ölkədəki vəziyyətlə öz gözləri ilə tanış olublar.

Necə deyərlər, yalan ayaq tutar, ancaq yeriməz!"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti