Azərbaycandan gələn xəbər Fransa klubunun işinə yaradı

31 May 2019 19:48 Avropa Liqası 807
Azərbaycandan gələn xəbər Fransa klubunun işinə yaradı

Avropa Liqasının Bakıda keçirilən finalında “Çelsi” Arsenal”a qalib gələrək (4:1) titula sahib çıxıb.

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin qələbəsi Fransa klubu “Lion”un işinə yarayıb.

Avropa Liqasının finalında “Arsenal” qalib gələcəyi təqdirdə, “Lion” yeni mövsümdə Çempionlar Liqasında 3-cü seçmə mərhələdən mübarizəyə başlamalı idi.

Ancaq “Çelsi”nin qələbəsindən sonra “Lion” birbaşa qrup mərhələsinə vəsiqə əldə edib. 3-cü təsnifat mərhələsində isə Türkiyədən “Başakşəhər” mübarizə aparmalı olacaq.

Maraqlıdı ki, “Lion” ötən mövsüm də “Atletiko”nun qələbəsi sayəsində birbaşa qrup mərhələsinə vəsiqə əldə etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti