İnanılmaz da olsa, reallıqdı - Bakıda bunu ilk dəfə o bacardı

31 May 2019 11:48 Avropa Liqası 568
İnanılmaz da olsa, reallıqdı - Bakıda bunu ilk dəfə o bacardı

Avropa Liqasının finalında “Çelsi” ilə “Arsenal” arasında keçirilən qarşılaşmanın qəhrəmanlarından biri də Pedro idi.

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin vingeri bu qarşılaşmada qol vurmaqla, komandasının qələbəsinə töhfə verdi.

O, bu finaldan sonra tarixə də düşdü.

Pedro bütün beynəlxalq titulları – Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Superkubokunu, Klublarrarsı dünya çempionluğunu, dünya və Avropa çempionluğunu qazanan ilk futbolçu oldu.

Bundan əlavə, Pedro Çempionlar Liqasının, Avropa Liqasının və UEFA Superkubokunun həlledici qarşılaşmasında qol vuran ilk futbolçu kimi də tarixə düşdü.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"