"Uzun və çətin mövsümün sonunda kubok qazanmaq bizim üçün möhtəşəm oldu".
Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Jorjinyo Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matç haqda deyib.
İtaliya millisinin yarımmüdafiəçisi kuboku qazanmağı haqq etdiklərini qeyd edib: "Bizim üçün çətin mövsüm oldu.
Çox tənqid olunduq, amma Premiyer Liqanı 3-cü yerdə bitirib Çempionlar Liqasına vəsiqə qazandıq, Liqa Kubokunda finalda məğlub olduq və Avropa Liqasının qalibi olduq".
27 yaşlı futbolçu tənqidlərin oyunun bir parçası olduğunu bildirib. O, komandaya dəstək olan bütün insanlara təşəkkür edib:
"Onlar bizi finalda tək qoymadılar və hər zaman dəstəklədiər. Müəyyən səbəblərə görə Bakıya gələ bilməyən həyat yoldaşıma və uşaqlarıma da təşəkkür edirəm".

