Avropa Liqasında 2018-2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu bəlli olub.
Sportinfo.az UEFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər tərəfindən aparılan səsverməyə əsasən, Bakıda Avropa Liqasının qalibi olan "Çelsi"nin futbolçusu Eden Azar bu ada layiq görülüb.
28 yaşlı hücumçu bu nominasiyada komanda yoldaşları Emerson Palmieri, Pedro Rodriges və Olivye Jirunu geridə qoyub.
Belçikalı oyunçu "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Eden Azar Bakıdakı finaldan sonra da oyunun ən yaxşı futbolçusu adına sahib olub.

