Günahkarı açıqladı: "Səndə liderlik bacarığı ya olur, ya da olmur"

30 May 2019 20:36 Avropa Liqası 883
Günahkarı açıqladı: "Səndə liderlik bacarığı ya olur, ya da olmur"

"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas sabiq komandası "Arsenal"ın Avropa Liqasının finalında "Çelsi" ilə keçirdiyi oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu "topçular"ın məğlubiyyətini (1:4) komandadakı lider çatışmazlığı ilə əlaqələndirib.

O, xüsusən də, almaniyalı yarımmüdafiəçi Məsut Özili tənqid edib: "Səndə liderlik bacarığı ya olur, ya da olmur.

Özil "Real"da futbol tarixinin ən yaxşılarından olan Kriştianu Ronaldo da daxil olmaqla, top-oyunçuların əhatəsində idi. Onun da yüksək səviyyədə oynadığına şübhə etmirəm.

Amma əgər "Real", "Barselona" və "Bavariya" kimi dünya nəhənglərini tərk edirsənsə, geri addım atırsan.

Bu 3 klubda deyilsənsə, özünü daha yaxşı tərəfdən göstərməlisən, çünki ən yaxşıların əhatəsində deyilsən.

Səni komandanın lideri olmağın üçün alıblar. Ancaq mənim fikrimcə, Məsutda bu xüsusiyyət yoxdu.

Hər gün onunla birlikdə məşq etmirəm. Amma hesab edirəm ki, Məsut liderlik keyfiyyətinə sahib deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti