"Çelsi" qələbə çaldı, Roman Abramoviç BOS-da ağladı - FOTOLAR

30 May 2019 20:24 Avropa Liqası 957
"Çelsi" qələbə çaldı, Roman Abramoviç BOS-da ağladı - FOTOLAR

Xəbər verildiyi kimi, "Çelsi"nin sahibi, rusiyalı milyarder Roman Abramoviç dünən Avroliqanın "Arsenal"la final oyununa tamaşa etmək üçün Bakıya gəlib və matça baxıb.

"Çelsi"nin üstün oynadığı oyunda qazandığı qələbə Abramoviçin gözləri qarşısında baş verib və milyarder öz emosiyalarını gizlədə bilməyib.

Sportinfo.az xəbər verir ki, oyunu çəkən rusiyalı fotoreportyorlar Abramoviçin emosional ovqata kökləndiyi durumları fotolentə alıblar.

Bu fotolardan görünür ki, Abramoviç və oğlu Arkadi öz komandalarının oyunundan məmnun qalıblar.

Abramoviçin yanındakı şəxs isə Hollandiyanın "Vitess" klubunun sahibi, milyarderin iş ortağı Aleksandr Çiqirinskidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti