“Çelsi”nin ulduzu Eden Azar Avropa Liqasının Bakıda keçirilən finalın komandadakı son matçı olduğunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, , belçikalı futbolçu “Arsenal” üzərində 4:1 hesablı qələbəyə qısa şərhində klubdan ayrılacağına eyham vurub.
“Real”ına keçidi gündəmdə olan E.Azar finalda iki qol vurub: Müqaviləsi 2020-ci ilin yayında başa çatacaq E.Azar dubl etdiyi görüşdən vidalaşmaq niyyətini gozlətməyib:
“Düşünürəm ki, bu, vidadı. Amma sən heç vaxt dəqiq bilə bilməzsən. İlk hissə bir az gərgin keçdi, hər iki komanda ehtiyatlı oynadı.
İkinci hissəyə yaxşı başladıq və ilk qoldan sonra oyuna nəzarət etdik. Ardınca digər qollar gəldi.
İkinci hissədə komanda şəklində oynadıq, daha çox mübarizə apardıq və qələbə qazanmaq üçün döyüşdük.
Bu gecə bizim üçün möhtəşəm oldu. Fikrimcə, bu, yaxşı sonluq olar. Mən yeni macəralar üçün özümü hazır hiss edirəm.
Bu klubda 7 il keçirdim və arzularlmı yerinə yetirdim. Klub rəhbəliyi ilə 2 həftə əvvəl danışmışam. Qarşıdakı günlərdə nələrin olacağını görəcəyik".

