İspaniyalı ulduz Bakıda nəyə imza atdı? - FOTO

30 May 2019 15:00 Avropa Liqası 575
İspaniyalı ulduz Bakıda nəyə imza atdı? - FOTO

“Çelsi”nin futbolçusu Pedro Rodriges futbol tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı Çempionlar Liqası (əvvəlki Çempionlar kuboku) və Avropa Liqasının (əvvəlki UEFA kuboku) final oyunu, həmçinin Superkubokda qol vuran ilk oyunçudu.

P.Rodriges bu tarixi nailiyyəti Bakı Olimpiya Stadionunda rəsmiləşdirib. Avropa Liqasının “Arsenal”la final matçında (4:1) qol sevinci yaşayan ispaniyalı digər iki həlledici matçdakı qolları “Barselona”da vurub.

O, 2009-cu ildə Ukrayna “Şaxtyor”u ilə Superkubok, 2010/11 mövsümündə İngiltərə “Mançester Yunayted”i ilə Çempionlar Liqasının finalında fərqlənib.

P.Rodriges 2015-ci ildə “Barselona”dan “Çelsi”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"