“Bizim bəzi yüksəliş və enişlərimiz oldu, amma biz səylə çalışırdıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin ulduzu David Luis deyib.
Braziliyalı müdafiəçi Avropa Liqasının Bakıda keçirilən final oyunu barədə fikirlərini açıqlayıb.
O, “Arsenal” üzərində 4:1 hesablı qələbə ilə başa çatan mövsümü uğurlu adlandırıb: “Cari mövsümdə çox şey öyrəndik.
Mövsümü yaxşı başa vurub, həsrətində olduğumuz mükafatı qazandıq. Bu, mənim “Çelsi” ilə Avropada 3-cü titulumdur. Klubda oyunuma inanırlar”.
D.Luis komandanın baş məşqçisi Maurisio Sarri, həmçinin komandanın daxilində yaşanan bəzi hadisələr barədə suala da cavab verib:
“Sarri əla oğlan, əla məşqçidir və buna layiqdir. Baş məşqçimiz komanda ilə möhtəşəm iş gördü.
Mən kənar məsələlərə diqqət yetirmirəm. İndi titul barədə danışmaq lazımdır”.

