"Mən özümlə qürur duyuram və özümdən razıyam"

30 May 2019 12:36 Avropa Liqası 530
"Mən özümlə qürur duyuram və özümdən razıyam"

"Mən özümlə qürur duyuram, göstərdiyim oyuna görə də özümdən razıyam.

Dönüb geriyə baxanda təəssüflənəcəyim heç nə yoxdu".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ınıqapıçısı Petr Çex Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə 1:4 hesabı ilə məğlub olduqları görüşdən sonra bildirib.

Son matçına çıxan çexiyalı qolkiper kuboku qazanıb karyerasını bitirmək istədiyini, amma bu arzusunun reallaşmadığını qeyd edib:

"Düzdü, son matçımda qələbə qazanmaq, kuboku başım üzərinə qaldırmaq istəyirdim, amma bu, bizdə alınmadı.

İnsanlar üçün bu mövsümü kuboksuz başa vurduğumuzu demək asandı. Amma biz mövsümboyu gərgin çalışdıq, sona qədər mübarizə apardıq.

Komandamızın baş məşqçisi yeni idi, bəzi gənc oyunçular da bizə qoşuldu, ona görə də düşünürəm ki, növbəti mövsüm komanda daha güclü olacaq".

Karyerasını sabiq komandası “Çelsi”yə 1:4 hesablı məğlubiyyətdən sonra bitirəcəyi gözlənilən P.Çex müqaviləsinin son günlərinədək “Arsenal“da qalacağını bildirib.

P.Çex uğursuz mövsümün gələcək üçün müsbət nəticə verəcəyini bildirib: “Mən sizi inandırım ki, bu mövsümdə görülən iş bizi daha da güclü edəcək.

Mən kuboku qaldırmaq, oturmaq və düşünmək istəyirdim. Hələ “Arsenal”ın futbolçusuyam. Heç bir qərar qəbul etməyəcəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti