Bakı Olimpiya Stadionunda "Çelsi"yə kubok təqdim olundu

30 May 2019 01:20 Avropa Liqası 532
Bakı Olimpiya Stadionunda "Çelsi"yə kubok təqdim olundu

Bakıda Avropa Liqasının finalçıları - "Çelsi" və "Arsenal"ın mükafatlandırma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra "Arsenal" heyəti gümüş, "Çelsi" kollektivi isə qızıl medalla təltif olunub.

Avropa Liqasının kubokunu isə Çeferin "Çelsi"nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Final matçı "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti