"Arsenal"ın ulduzu: "Kuboku qazanıb, stadiondan çıxmalıyıq"

29 May 2019 23:36 Avropa Liqası 516
"Arsenal"ın ulduzu: "Kuboku qazanıb, stadiondan çıxmalıyıq"

"Arsenal"ın zədəli futbolçusu Aaron Remzi Avropa Liqasının finalında "Çelsi" ilə oyun haqda azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi həlledici qarşılaşmaya çıxmaq üçün uzun yol keçdiklərini bildirib.

Uelsli oyunçu deyib ki, komanda üzvləri bir-biriləri üçün kuboka görə döyüşməlidirlər: "Qələbə qazanmaq üçün meydanda hər şeyi etməliyik.

Kuboku qazanıb, stadiondan çıxmalıyıq. Bakıda olan bütün azarkeşlərimizi axşam areanada görmək istəyirəm. İrəli!"

Remzi zədə səbəbindən həlledici qarşılaşmada iştirak etməsə də, Bakıdadır. O, yeni mövsümdən etibarən "Yuventus"da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"