"Bakıda qapıda kimin dayanacağına qərar verməmişəm"

29 May 2019 17:12 Avropa Liqası 591
"Bakıda qapıda kimin dayanacağına qərar verməmişəm"

Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq "Arsenal"da qapıda kimin duracağı bəlli deyil.

Sportinfo.az xəbər verir ki, bunu "topçular"ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis mayın 29-da baş tutacaq qarşılaşmada çərçivəni veteran Çexə tapşıra bilər. Emeri 37 yaşlı qolkiper barədə xoş fikirlər də səsləndirib:

"Bakıda qapıda kimin dayanacağına qərar verməmişəm. Çexi yalnız bu il yaxından tanımışam.

O, gözəl insan və əla qapıçıdı. Möhtəşəm təcrübəyə malikdi. Petr bizimlə burda olmağa layiqdi, çünki son oyunlarını əla keçirib.

Onunla birlikdə işlədiyim üçün şanslıyam. Finalda kimin oynamasından asılı olmayaraq, komandamın çıxışından zövq almaq istəyirəm".

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmadan sonra Petr Çex peşəkar karyerasını başa vuracaq və bundan sonra "Çelsi"də idman direktoru kimi fəaliyyət göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"