Bakı Olimpiya Stadionunda rekord olacaq: satışda 100 bilet qalıb

29 May 2019 15:48 Avropa Liqası 529
Bakı Olimpiya Stadionunda rekord olacaq: satışda 100 bilet qalıb

Sportinfo.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" arasında keçiriləcək Avropa Liqasının finalında anşlaq olacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın "report"a verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb, onların da gün ərzində satılacağı gözlənilir.

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib.

Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq.

Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada "Parma" və "Latsio" arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti