Məşhur futbolçu: "Bakıda qol vurmağım önəmli deyil"

29 May 2019 13:24 Avropa Liqası 482
Məşhur futbolçu: "Bakıda qol vurmağım önəmli deyil"

“Avropa Liqasını qazansaq, mövsümü bizim üçün yaxşı hesab etmək olar”.

bunu “Çelsi”nin futbolçusu Eden Azar Bakıda “Arsenal”a qarşı keçirəcəkləri Avropa Liqasının final oyunu barədə danışarkən klubun rəsmi saytına deyib.

28 yaşlı belçikalı yarımmüdafiəçi bildirib ki, Bakıda oyuna yanaşmaları düzgün olsa, uğur qazana bilərlər:

“Bu, avrokubok oyunudur. Həm mənim, həm klub, həm də baş məşqçi və azarkeşlərimiz üçün önəmli matçdı.

Finalda oynayanda bunun Çempionlar Liqasında, Avropa Liqasında və ya Liqa Kubokunda olmasının əhəmiyyəti yoxdur.

Siz, sadəcə, qalib gəlmək, bayram etmək istəyirsiniz. Liqa Kubokunun finalında uduzduq. Amma indi yenidən titul qazanmaq imkanımız var.

Qol vurmağımın önəmi yoxdu. Bəlkə də “Çelsi”nin heyətində sonuncu oyunum olsa belə, kuboku gətirmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"