"Çox vaxt bu komandanın oyununa baxanda ürəyim sıxılır"

29 May 2019 06:48 Avropa Liqası 513
"Çox vaxt bu komandanın oyununa baxanda ürəyim sıxılır"

"Sarrini keçmişdə tənqid etmişəm, xüsusən də başa düşmədiyim bəzi taktiki qərarlara görə.

Ancaq ona istədiyini həyata keçirməsi üçün vaxt vermək lazımdı".

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin sabiq futbolçusu Emmanuel Peti deyib.

2001-2004-cü illərdə London klubunun formasını geyinən və hazırda futbol şərhçisi olan 49 yaşlı Peti Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "zadəganlar" üçün mövsümün uğurlu keçdiyini bildirib:

"Çelsi" "Arsenal"a qalib gəlsə, Çempionlar Liqasına vəsiqə qazanmaqla yanaşı, Avropa Liqasının da qalibi olacaq.

Bunu da "Çelsi" üçün uğurlu mövsüm saymaq olar. Bütün bunları nəzərə alsaq, Sarrinin komandasının xoşbəxt olmaq üçün səbəbləri var.

Mövsümün əvvəlindəki hədəflərlə bu günü müqayisə etsəniz, komandanın istəyinə çatdığını görərsiniz. Çox vaxt "Çelsi"nin oyununa baxanda ürəyim sıxılır.

Amma əsas məqam qələbə qazanmaq və kubok əldə etməkdi. Onlar da bunu bacarmağa çox yaxındılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti