Azərbaycan futbolunun Avropa səviyyəsinə yüksəlmək potensialı varmı?

29 May 2019 05:12 Avropa Liqası 544
Azərbaycan futbolunun Avropa səviyyəsinə yüksəlmək potensialı varmı?

"Bakı fantastik və müasir şəhərdir

Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir - bu, möhtəşəm hadisədi".

Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın sabiq qapıçısı Françesko Toldo "Report"a müsahibəsində deyib.

Veteran oyunçu həmyerlisi Mauritsio Sarrinin baş məşqçi olduğu "Çelsi"nin şanslarını daha yüksək qiymətləndirdiyini bildirib:

"Avropa Liqasında ingilis finalı olacaq. Ümid edirəm ki, növbəti mövsüm İtaliya komandalarından hansısa biri finalda iştirak edər.

İndiki halda isə fikrimcə, "Çelsi" italiyalı baş məşqçinin komandaya gəlişi ilə daha da güclənib. Kimin qalib gələcəyini demək isə çətindir. Ümid edirəm ki, "Çelsi" qələbə qazanacaq".

Azərbaycan futbolunun Avropadakından geri qaldığını, amma daim inkişaf etdiyini deyən Toldonun sözlərinə görə, qitə çempionatları səviyyəsinə yüksəlmək üçün potensial mövcuddur:

"Ona görə də futbolunuz bu inkişafı davam etdirməlidi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"