“Çelsi”nin futbolçusu: “Bakıda arzumuz gerçək olacaq”

29 May 2019 04:36 Avropa Liqası 405
“Çelsi”nin futbolçusu: “Bakıda arzumuz gerçək olacaq”

“Çempionlar Liqasına vəsiqə qazandıq və Avropa Liqasının finalındayıq.

Bu il arzumuz gerçəkləşəcək, bunu reallaşdıracağımıza ümid edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin futbolçusu Emerson Palmeri Bakıda “Arsenal”a qarşı keçirəcəkləri Avropa Liqasının finalı barədə deyib.

Braziliya əsilli italiyalı futbolçu qarşılaşmanın böyük önəm kəsb etdiyini bildirib: “Bu, derbi və finaldır. Bu oyunu digər matçlarla eyni tutmaq olmaz.

“Arsenal”ın oyunun əvvəlindən aqressiv futbol sərgiləyəcəyini gözləyirəm. Çünki onlar Premyer Liqada “dördlüy”ə düşə bilməyiblər”.

“Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti