"Çelsi" "Arsenal"la keçirəcəyi Avropa Liqasının finalından öncə Bakı Olimpiya Stadionunda açıq məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki,, paytaxtımıza bir gün öncə gələn "zadəganlar"ın həlledici oyun üçün son hazırlığı bir saat davam edib.
Məşq media nümayəndələri üçün açıq olub. Futbolçular baş məşqçi Maurissio Sarrinin bir sıra hərəkətlər üzrə tapşırıqlarını yerinə yetiriblər.
Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq. Görüş saat 23:00-da start götürəcək.

