"Baş məşqçi məndən fərqli şeylər istədi" - FOTO

29 May 2019 01:12 Avropa Liqası 486
"Baş məşqçi məndən fərqli şeylər istədi" - FOTO

"Yeni ölkə, çempionat, mədəniyyət və futbola uyğunlaşmaq asan deyil.

Sarri hələ öyrənir. - o, futbolçu olmayıb, buna görə də bu mövsüm çox şey öyrəndi".

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin müdafiəçisi Markos Alonso deyib.

İspaniya millisinin üzvü Avropa Liqasının "Arsenal"a qarşı keçiriləcək final görüşü öncəsi baş məşqçi Mauritsio Sarri haqda düşüncələrini bölüşüb.

Cinah oyunçusu italiyalı çalışdırıcının əvvəlki məşqçilərin hamısından fərqi olduğunu düşünür: "Sarri kimi məşqçidən tapşırıq almaq fərqli ola bilər.

Ancaq istənilən halda peşəkar davranmalı və məşqçinin istəklərini yerinə yetirməliyik. Mövsümə həm mən, həm də komanda yaxşı başlamışdı.

Sonra məşqçi məndən fərqli şeylər istədi. Komanda yenidən qələbələri sıralamağa başlamışdı ki, zədələndim.

Bu üzdən bir neçə oyunu buraxdım. Sonrası da pis deyildi.

İndi mövsümü yaxşı bitirmək və istirahətə yüksək əhval-ruhiyyədə yollanmaq üçün bir fürsət var. Bunun üçün Bakıdan kubokla dönməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti