“Çelsi”nin Bakıda məşqində qalmaqal, baş məşqçi hazırlığı tərk etdi - VİDEO

29 May 2019 01:00 Avropa Liqası 908
“Çelsi”nin Bakıda məşqində qalmaqal, baş məşqçi hazırlığı tərk etdi - VİDEO

Avropa Liqasının final oyunu öncəsi son məşqinə çıxan “Çelsi”nin Bakı Olimpiya Stadionundakı hazırlığı qalmaqalla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, məşq prosesində komandanın təcrübəli futbolçuları David Luis və Qonzalo İquayn arasında münaqişə yaranıb.

Onlar epizodların birində mübahisə etməyə başlayıblar. Komandanın baş məşqçisi Maurisio Sarri isə buna kəskin reaksiya verib.

Onun baş geyimini yerə atdığı və daha sonra təpiklədiyi kameralara tuş gəlib. İtaliyalı mütəxəssis məşqin sonunu gözləmədən meydançanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"