"Onlarla dil tapmaqda çətinlik çəkdim, bəlkə də mən dəyişdim"

28 May 2019 22:48 Avropa Liqası 459
"Onlarla dil tapmaqda çətinlik çəkdim, bəlkə də mən dəyişdim"

Sabah Bakıda Avropa Liqasının final görüşü keçiriləcək.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada "Çelsi" ilə "Arsenal" üz-üzə gələcək.

Oyunöncəsi "zadəganlar"ın baş məşqçisi Mauritsio Sarri təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Komandada vəziyyət necədi? Zədəliniz var?

- Kiçik bir problem idi. Əsas məsələ vaxt azlığıdı. Nqolo Kantenin dizində problem var idi. Əslində bu o qədər də ciddi zədə deyil. 3-4 günə tam hazır ola bilərdi. Sabah da çalışacağıq meydana çıxsın. Amma bu dəqiqə nəsə deyə bilmərik.

Şanslar nə qədərdi?

- Dünən bəlkə 60/40-a olardı, amma bu gün 50/50-di.

Kante sabaha sağalmasa, işiniz necə olacaq?

- Yarımmüdafiədə bizimlə 3 oyunçu var. Nqolo bizim üçün olduqca vacib oyunçudu. Müdafiəyəmeyilli yeganə oyunçu odu. Əlimizdən gələni edirik ki, onu bərpa edək. Ümid edirəm ki, yetişəcək. Çünki Kantenin olmaması bizim üçün problemdi.

İtaliyada deyirlər ki, bu, sizin "Çelsi" ilə sonuncu oyununuzdu...

- Biz əvvəlcə final barədə düşünməliyik. Əslində isə müqaviləmiz 3 illikdi.

Mövsümün əvvəlində demişdiniz ki, yayda klub hara getsə, mən də ora gedəcəm...

- Fikrimi məndən yaxşı bilirsiniz. Bu gün ancaq final barədə danışsaq, yaxşı olar.

Sabahkı oyun "Çelsi" üçün nə qədər vacibdi...

- ÇL-ə vəsiqədən daha önəmlidi. Biz artıq bu işin öhdəsindən gəlmişik. Sabah isə Avroliqanın finalında oynayırıq. Qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq.

Azarkeşlərlə bağlı məsələlər var idi. Siz bu barədə nə deyə bilərsiniz?

- Bununla bağlı nəsə deyə bilmərəm. UEFA-ya müraciət etməlisiniz. Biz isə məyusuq. Ümid edirəm ki, azarkeşlərimiz burda olacaqlar. Olmasa da, çalışacağıq onlar üçün qələbə qazanaq.

Bu, sizin üçün həyatınızın ən böyük anlarından biridimi?

- Bilmirəm. Çünki məşqçinin keçirdiyi hisslər və jurnalistin hissləri fərqlidi. KİV üçün bu oyun həyatımın ən böyük anı kimi qeyd oluna bilər. Bu barədə sabah daha dəqiq danışa bilərəm.

Məşqçi üçün Eden Azar kimi oyunçu ilə işləmək necə hissdi?

- Eden Azarın matç zamanı meydanda olmağı böyük üstünlükdü, həm də problemdi. Amma o, üzərində daha çox çalışmalıdı. Avropanın ən böyük oyunçusu ola bilər. Probelm ondan ibarətdi ki, o çox istedadlıdı. Bəzən məşqdə hər şey onun üçün elə asan olur ki, bizə çətin olur.

Jiru “Arsenal”da da uzun müddət oynamış futbolçudu. Bu mövsüm isə yaxşı formadadı. Sabah o, sizin üçün nə qədər önəmli olacaq?

- Jirunun yoxluğu bizim üçün böyük problem ola bilərdi. Amma hələ qərar verməmişəm. Sabah daha dəqiq qərar verə bilərəm.

“Çelsi”də ilk mövsümünüzdə 3-cü yeri tutdunuz. Siz “Çelsi”dən ayrılsanız, özünüzü xoşbəxt hesab edəcəksiniz?

- Mövsümün əvvəli mənim üçün çox çətin idi. Çünki oyunçularımla dil tapmaqda çətinlik çəkirdim. Fevraldan sonra isə onlar çox dəyişdilər, bəlkə də, mən dəyişdim. Amma hazırda 20-22 çox sevdiyim oyunçum var və gələcək qərarlarımda bunları nəzərə almalı olacam. Həm də mən Premyer Liqa futbolunu çox sevirəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti