Erməninin dostu Bakıda nə işinin olduğunu açıqladı

28 May 2019 20:24 Avropa Liqası 694
Erməninin dostu Bakıda nə işinin olduğunu açıqladı

“Bu görüşdə iştirak edəcəyim üçün xoşbəxtəm, yunan xalqı məni və “Arsenal”ı dəstəkləyir”.

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal”ın futbolçusu Sokratis Papastatopulos Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.

Yunanıstanlı müdafiəçi deyib ki, Bakıya gəlməkdən imtina edən Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanla dostdu:

“Mxitaryanla 4-5 il birgə oynamışıq. Onunla dostuq. Biz həm onun üçün, həm də zədəli futbolçular üçün oynamalıyıq.

Bu, həm də onların qələbəsi olacaq. Bakıya gec gəlməyimizin nəticəyə müsbət və ya mənfi təsir edəcəyini deyə bilmərəm. Neqativ düşünmürük. Bura udmaq üçün gəlmişik”.

“Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"