“Finalı Bakıda və ya başqa yerdə oynamağın fərqi yoxdu”

28 May 2019 19:48 Avropa Liqası 414
“Finalı Bakıda və ya başqa yerdə oynamağın fərqi yoxdu”

“Mxityaranın Bakıda olmamasından məyusuq.

Siyasətdən çox danışdıq, indi isə futboldan söhbət açmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Arsenal”ın futbolçusu Qranit Caka Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.

İsveçrəli yarımmüdafiəçi bildirib ki, baş məşqçi Unay Emerinin Avropa Liqasında yaxşı təcrübəsi var:

“Unay Emerinin çox böyük təcrübəsi var. Avropa Liqasının kubokunu 3 dəfə qazanıb. Dördüncü kuboku ona hədiyyə etmək istəyirik.

İlk dördlükdə olmağa layiqik. Finala tam hazır olmalıyıq. Bakıda və ya başqa yerdə oynamağın fərqi yoxdur”.

“Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti