"Adətən, “Arsenal” ilə matçlarda açıq futbol oynayırıq.
Rəqibin iki səviyyəli hücumçusu var – Lyakzett və Obameyanq”.
Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək Avropa Liqasının finalı barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis həlledici oyunda qarşılaşacaqları Londonun digər təmsilçisi “Arsenal” haqqında xoş sözlər söyləyib:
“Arsenal” əla hücum edir, aqressiv oynayır və necə təzyiq göstərmək lazım olduğun bilir. Onlarla mübarizə aparmaq asan deyil.
Biz finalda Çempionlar Liqasına düşmək naminə oynamaq istəmirdik. Ora çempionat vasitəsilə vəsiqə qazanıb titul götürməyi arzulayırdıq.
Final bizim üçün önəmlidi. “Çelsi” bu mövsüm titula layiqdi”.
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

