"Çelsi" çox yaxşı məşqçi və güclü futbolçulara sahibdi.
Onlara hörmətlə yanaşırıq, ancaq çəkinmirik, meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik".
Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın müdafiəçisi Sokratis Papastatopulos deyib.
Yunanıstan millisinin üzvü xarici mətbuata açıqlamasında mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi"yə qarşı keçiriləcək Avropa Liqasının final görüşünü dəyərləndirib.
31 yaşlı mərkəz müdafiəçisi hədəflərinin Bakıdan kubokla ayrılmaq olduğunu söyləyib: "Öz oyunumuzu göstərmək üçün Bakıya gəlmişik.
Burda kuboku qazanacağımıza inanmalıyıq. Özümüzü yüz faiz matça kökləsək və bir az da bəxt bizim tərəfimizdə olsa, istəyimizə çata bilərik.
Finalda hər şey ola bilər, kubokla dönməyi bacara bilərik. Düzdü, bizim üçün çətin olacaq, amma rəqib üçün də vəziyyət eynidi".

