UEFA final üçün Bakını niyə seçdi? - Çeferin açıqladı

28 May 2019 09:12 Avropa Liqası 453
UEFA final üçün Bakını niyə seçdi? - Çeferin açıqladı

UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb.

Sportinfoc.az xəbər verir ki, qitə qurumunun başçısı Bakıdakı insanların futbolu çox sevdiklərini bildirib.

“Niyə? Çünki orda yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik.

Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər.

Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır.

Həmişə UEFA günahkar kimi göstərilir. Bu, populizmdi. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - Çeferin bildirib.

UEFA prezidenti qeyd edib ki, Bakı Londondan uzaqdı, lakin yeri təyin edərkən, finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub:

“Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti