"Çelsi" qafiləsi gecəylə Bakıya gəldi - VİDEO+FOTOLAR

28 May 2019 01:12 Avropa Liqası 768
"Çelsi" qafiləsi gecəylə Bakıya gəldi - VİDEO+FOTOLAR

Avropa Liqasının final matçında "Arsenal"la üz-üzə gələcək "Çelsi" Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, "zadəganlar"ı Londondan Bakıya gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Komanda üzvləri çarter reysli təyyarədən endikdən sonra birbaşa onları gözləyən avtobusa yönəliblər. Daha sonra onlar qalacaqları otelə üz tutublar.

"Çelsi" bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.

Məşqdən 45 dəqiqə əvvəl baş məşqçi Mauritsio Sarri və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Oyun isə mayın 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"