"Biz Bakıya gedirik": "Çelsi" Azərbaycan yolunda - FOTOLAR

27 May 2019 20:24 Avropa Liqası 624
"Biz Bakıya gedirik": "Çelsi" Azərbaycan yolunda - FOTOLAR

"Çelsi" Avropa Liqasının final oyunu üçün Bakıya yola düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

"Zadəganlar"ın heyətində zədə səbəbindən finalda oynamayacağı dəqiqləşən Antonio Rüdiger də kollektivlə səfərə çıxan oyunçular arasındadı.

London təmsilçisinin ulduz futbolçusu Eden Azar azarkeşlərə müraciət edib: "Artıq final vaxtıdır. Biz Bakıya gedirik. Görüşənədək. Sağ olun".

Digər finalçı "Arsenal" isə mayın 25-də Bakıya gəlib. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"