"Getmək istəmir? Öz işidi"

27 May 2019 16:36 Avropa Liqası 525
"Getmək istəmir? Öz işidi"

Sportinfo.az xəbər verir ki, UEFA prezidenti Aleksandr Çeferin “Arsenal”ın erməni legioneri Henrix Mxitaryan ətrafında son günlər Avropa KİV-lərində qaldırılmış süni ajiotaja münasibət bildirib.

Azərbaycan tərəfinin bütün təhlükəsizlik təminatı verməsinə baxmayaraq, Mxitaryan “təhlükəsizlik” bəhanəsi ilə Bakıya, Avropa Liqasının mayın 29-də keçiriləcək finalında “Çelsi” ilə oyuna gəlməkdən imtina edib.

Ermənistan dairələri və Avropadakı ermənipərəst çevrələr isə Mxitaryanın qərarını Azərbaycana qarşı təbliğat aparmaq üçün istifadə edirlər.

“Mxitaryan Bakıya getmək istəmir? Bu oyunçunun öz işidir. Azərbaycan oyunçunun təhlükəsizliyinə təminat vermişdi.

Əgər biz bu situasiya ilə bağlı getsək, futbol bu siyasi təzyiqlər altında oynansa gələcəkdə heç nə təşkil edə bilmərik”- Aleksandr Çeferin “Spiegel”ə müsahibəsində deyib.

Azərbaycanda insan haqları ilə bağlı problemlər haqda suala cavabında isə UEFA prezidenti deyib ki, belə problemlər başqa ölkələrdə də var.

“Başqa ölkələrdə də buna oxşar problemlər var. Bu o deməkdir ki, Bakı sakinlərinin canlı futbol izləmək haqqı yoxdur?”-Çeferin bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti