Bir neçə gün öncə “Arsenal”ın yarımmüdafiəçisi Şkodran Mustafi Mxitaryanın Avropa Liqası final oyununda Bakıya getməmək haqqında qərarına münasibət bildirərkən Henrix finalda iştirak edə bilməyəcək, xüsusilə, o bu oyun üçün çox əziyyət çəkmişdi. Amma, biz Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik“ fikirlərini səsləndirmişdi.
Azərbaycan cəmiyyəti də ermənilərin və onlara əsassız olaraq havadarlıq edən ingilis fitnəkarlarının acığına "Arsenal"ın deyil, "Çelsi"nin qələbəsi üçün azarkeşlik edəcəklər.
Elə futbol azarkeşi olan millət vəkili Fazil Mustafa da həmin final matçını "Olimpiya" stadionunda izləyənlər arasında olacaq.
Bu arada dünyaca məşhur “The Independent” Mxitaryanın Bakıya gəlməməsinə elə bir vay-şivən qoparmaqla kifayətlənməyib, Azərbaycana qarşı misilsiz həyasızlıq sərgiləyib. l
Milli Məclisin keçən iclasında deputat Siyavuş Novruzov çox haqlı olaraq İngiltərənin Azərbaycana qarşı haqsız davranışlarını qınayaraq "gəlib burda milyardlar qazananda təhlükəsiz ölkə olurduq, indi gəlirləri nisbətən azalanda təhlükəli oluruq? sualını vermişdi.
Dünyaca məşhur “The Independent”in də daha betər həyasızlıq etməsi ingilislərin nankorluğunu bir daha ortaya qoymurmu?
F.Mustafa da Mxitaryana etiraz olaraq "Çelsi"nun qazanmasını istəyir. Deputat baş verənləri həyasızlıq adlandırır:
"Bu, həqiqətən də görünməmiş bir həyasızlıq nümunəsidi. Ancaq bunun ən yaxşı cavabı tədbiri yüksək səviyyətə keçirərək bu həyasızlığı edənlərin sifətlərinə ağayana bir "sillə" çəkməkdi.
Hələ "Çelsi" qalib gəlsə, lap yerində olardı. "Arsenal"ın geri qayıdan heyəti onları bəhanə ilə tək qoyan Mxitaryanın sifətinə eyni qaydada ingilisyana bir "sillə"ni çəkəcəklər.
Bu kampaniya bizim əslində ziyanımıza deyil, ikili standartlar barədə beynəlxalq auditoriyada çıxış edərkən əlavə fakt kimi hamımıza lazım olacaq".

